"Toyota" Çindəki 181 min 797 avtomobilini geri istədi

Yaponiya avtomobil istehsalçısı "Toyota" Çindəki 181 min 797 maşında hava yastıqlarında problem olduğu üçün onları geri istəyib.

903185
"Toyota" Çindəki 181 min 797 avtomobilini geri istədi

  Çin Keyfiyyət Müşahidə, İzləmə və Yoxlama İdarəsindən bildiriblər ki, hava yastıqlarında zədə olan avtomobillər 4 may 2015 ilə 4 fevral 2016-cı il tarixləri arasında istehsal edilən “New Highlander”, “Levin”, “Levin hibrid” və “Corolla hibrid” modelləri arasındadır. Zədəli hava yastıqlarında şişirici hissələrin funksiya pozuntusu sürücünün həyatı üçün təhlükə yaradacağı üçün bundan narahatlıq duyulub.

  "Toyota" şirkəti də Çindəki 181 min 797 avtomobilini geri istəyib və 10 fevraldan maşınların zədəli hissələrini pulsuz dəyişəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr