ABŞ PKK /PYD-nin Türkiyə sərhədlərini raket atəşinə tutmasına reaksiya göstərdi

Amerika Bİrləşmiş Ştatları Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü general-leytenant Kenet Makkenzi Türkiyəni hədəf alan bütün PKK hücumlarını qınadıqlarını bildirdi.

901967
ABŞ PKK /PYD-nin Türkiyə sərhədlərini raket atəşinə tutmasına reaksiya göstərdi

ABŞ separatçı terror təşkilatı PKK /PYD-nin Türkiyə sərhədlərini raket atəşinə tutmasına reaksiya göstərdi.
 
 Pentaqon sözçüsü Dana Uayt (Dana White) və Amerika Bİrləşmiş Ştatları Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü general-leytenant Kenet Makkenzi (Kenneth McKenzie) həftəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırdılar.
 
Kenet Makkenzi brifinqdə Türkiyəni hədəf alan bütün PKK hücumlarını qınadıqlarını bildirdi.
 
 Sözçü separatçı terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin yaratdığı Suriya Demokratik Qüvvələrinə göndərdikləri silahları isə DEAŞ-la mübarizənin tamamilə başa çatmasından sonra toplayacaqlarını söylədi.
 
 Pentaqonun baş sözçüsü Dana Uayt :"Türkiyə NATO ölkəsidir və qanuni öhdəlikləri var. ABŞ Dövlət Departamenti PKK-nı terror təşkilatı elan edib. Türkiyə ilə hadisələrə münasibətimiz hər zaman eyni olmur, amma birlikdə fəaliyyət göstəririk" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr