Suriyada son bir ildə 1 milyon 300 minə yaxın insan ev-eşiyindən edildi

Suriyada keçən il baş verən toqquşmalar, hücumlar və bağlanan müqavilələrə görə ümumilikdə Bəşər Əsəd rejimi tərəfindən olmaqla 1 milyon 300 minə yaxın insanın ev-eşiyindən edildi.

897690
Suriyada son bir ildə 1 milyon 300 minə yaxın insan ev-eşiyindən edildi

Suriya İnsan Hüquqları Şəbəkəsi (SNHR)  Suriyada keçən il baş verən toqquşmalar, hücumlar və başlanan müqavilələrə görə ümumilikdə Bəşər Əsəd rejimi tərəfindən olmaqla 1 milyon 300 minə yaxın insanın ev-eşiyindən edildiyini açıqladı.

SHNR Suriyada 2017-ci ildəki köçlər, yaşanan toqquşmalar, hücumlar nəticəsində ölənlər, saxlanılanlar və istifadə olunan silahlarla əlaqəli ətraflı hesabat yaydı.

Hesabatda bildirilib: Terror təşkilatı PYD/PKK və DEAŞ əleyhinə beynəlxalq koalisiya qüvvələri ittifaqı ilə rejim və rus ittifaqının Rakka vilayətinə istiqamətli keçən ilki hücumlarından sonra 450 minə yaxın dinc vətəndaş köç etmək məcburiyyətində qaldı.

Rejim və rus qüvvələri 2017-ci ilin son günlərində Həma və İdlib vilayətlərinin cənub ərazilərində 300 minə yaxın insanı köç etdirdi.

Rejim və ona dəstək olanların mühasirəsindəki bəzi bölgələrdə keçən il təxliyə və  köç sazişlərinin imzalanması və demoqrafiyanın dəyişməsi üçün təzyiq edildi və on minlərlə dinc vətəndaş və hərbi müxalifət müxtəlif bölgələrə köç etdi.  Suriyada 2017-ci ildə böyük hissəsi Əsəd rejimi tərəfindən olmaqla 10 min 204 mülki vətəndaş həlak oldu. Əsəd rejiminin keçən il verdiyi işgəncələr və etdiyi hücumlarda 754-ü uşaq, 591-i qadın 4 min 148 mülki vətəndaş öldürüldü, rus qüvvələrinin hücumlarında 439-u uşaq, 284-ü qadın min 436 dinc vətəndaş həyatını itirdi.

Terror təşkilatı PYD/PKK 58-i uşaq, 54-ü qadın cəmi 316 dinc vətəndaşı qətlə yetirdi. Terror təşkilatı DEAŞ 28-i uşaq, 148-i qadın min 421 dinc vətəndaşı öldürdü.

DEAŞ əleyhinə beynəlxalq koalisiya qüvvələrinin hücumlarında 521-i uşaq, 332-i qadın cəmi min 759 dinc vətəndaş həlak oldu.

Hesabatda 211-i rejim tərəfindən olmaqla 232 mülki vətəndaşa işgəncə verilərək həyatını itirdiyi bildirildi.

Tədqiqat və görüntülərlə müxtəlif hadisəni sübuta yetirən Şəbəkə rejimin keçən il ölkədə 17 kimyəvi silah hücumu həyata kəçirdiyini açıqladı.



Әlaqәli Xәbәrlәr