Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında “Zeytun Budağı” əməliyyatını izah etdi

Türkiyənin BMT-dəki daimi nümayəndəsi  Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında Afrin bölgəsində həyata keçirilən “Zeytun Budağı” əməliyyatını izah etdi.

897323
Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında “Zeytun Budağı” əməliyyatını izah etdi

Türkiyənin BMT-dəki daimi nümayəndəsi  Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında Afrin bölgəsində həyata keçirilən “Zeytun Budağı” əməliyyatını izah etdi.

Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında Fələstin məsələsi daxil Orta Şərqdəki vəziyyətin müzakirə olunduğu iclasda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) növbəti sədri olan Türkiyə adından çıxış etdi.

Suriyadakı hadisələrə toxunan Sinirlioğlu Türkiyənin bu ölkədəki böhrana siyasi həll tapılması barədə cəhdlərini davam etdirdiyini xatırlatdı, Astana və Soçidəki danışıqların Cenevrə prosesini “dəstəkləyən və tamamlayan” platformalar olduğunu vurğuladı.

Terrora son qoyulması və Suriyanı sabitliyə qovuşdurma hədəflərinə çatılmasının sadəcə uzun müddətli strategiya ilə mümkün olacağını qeyd edən Sinirlioğlu Türkiyənin terrorla mübarizədə qətiyyətli mövqeyini davam etdirdiyini də dilə gətirdi.

“Türkiyənin Suriyanın şimal-qərbində Afrin bölgəsində başlatdığı “Zeytun Budağı” əməliyyatı BMT konvensiyasının 51-ci maddəsində yər alan özünümüdafiə hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyünə hörmətlə icra edilir. Hərəkatın planlaşdırma və icrasında yalnız terrorçular və bunlara aid sığınacaq, mövqə, silah anbarları və hərbi avadanlıq hədəf götürməkdə olub, sıravi vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir”-deyə Sinirlioğlu vurğuladı.  

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıma və səfirliyini bu şəhərə köçürmə qərarı ilə beynəlxalq hüquq qaydalarını tapdaladığını, BMT əsasları və əlaqəli qərarlarla üst-üstə düşmədiyini bildirən Feridun Sinirlioğlu bu qərarla həmin zamanda Fələstin xalqının tarixi, qanuni və əsas haqlar ilə qlobal dəyərlərin gözdən yayındırıldığını da dilə gətirdi.

Bütün ölkələri bu qərarı tanımaq və dəstəkləməkdən imtina etməyə çağıran Sinirlioğlu üç səmavi din üçün də müdəqqəs olan Qüdsün tarixi statusunun qorunmasının beynəlxalq ictimaiyyətin məsuliyyətində olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr