Putindən İslam dininin tədrisinə dəstək

Rusiya prezidenti Vladimir Putin İslamın və müsəlman icmasının rus mədəniyyətinin dəyişməz bir hissəsi olduğunu bildirdi.

897143
Putindən İslam dininin tədrisinə dəstək

Rusiya prezidenti Vladimir Putin İslamın və müsəlman icmasının rus mədəniyyətinin dəyişməz bir hissəsi olduğunu bildirdi.

Putin səfərdə olduğu Tatarıstan Respublikasının paytaxtı Kazanda Rusiyanın tanınmış İslam alimləri ilə görüşdü.

 Rusiya prezidenti görüşdə İslamın tədrisinin Rusiyada təkrar canlandırılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək:" İslamın tədrisinin dərin və möhtəşəm tarixi vardır. 1917-ci il inqilabından əvvəl Rusiyanın müsəlman ilahiyyatçıları dünyanın hər tərəfində çox hörmətli insanlar olaraq tanınırdılar və onlrın görüşləri çox dəyərli idi" dedi.

Putin Sovet İttifaqı dövründə bu zənginliyin itirilmədiyinə işarə edərək:"Hökumətimiz Rusiyada İslam dininin tədrisinin dəstəklənməsi üçün addımlar atacaq. Çünki ənənəvi İslam rus mədəni kodunun əhəmiyyətli parçasıdır və müsəlman icması da şübhəsiz ki, Rusiyanın çoxmillətli xalqının əhəmiyyətli ünsürüdür" dedi.

Rusiyada ölkə əhalisinin 15%-ni təşkil edən 20 milyon müsəlman yaşayır.

 

 

 



Әlaqәli Xәbәrlәr