Sürixdə ABŞ prezidenti Trampa qarşı etiraz aksiyası keçirildi

Sürixdə nümayişçilər ABŞ prezidenti Donald Trampın planlaşdırılan Davos səfərinə qarşı etiraz aksiyası keçirib.

895678
Sürixdə ABŞ prezidenti Trampa qarşı etiraz aksiyası keçirildi

Sürixdə nümayişçilər ABŞ prezidenti Donald Trampın planlaşdırılan Davos səfərinə qarşı etiraz aksiyası keçirib.

Qlobal iqtisadiyyat, təhlükəsizlik və ətraf-mühit kimi mövzularda ortaq mənfəətlər istiqamətində əməkdaşlığın müzakirə olunacağı 48-ci Beynəlxalq İqtisadiyyat Forumu İsveçrənin məşhur xizək mərkəzi Davosda davam edir.

Forumda Türkiyəni Baş nazirin müavini Mehmet Şimşək və İqtisadiyyat naziri nihat Zeybəkçi təmsil edəcək.

Forumda iştirak edəcəklər arasında D.Tramp da var. Ancaq Trampın planlaşdırılan Davos səfərinə qarşı Sürixdə etiraz aksiyası keçirilib.

2 min nəfərə yaxın nümayişçi Sürixdə bank binalarının sıx olduğu bölgə istiqamətində yürüş başladıb. “Tramp istənmirsən” şüarları səsləndirən nümayişçilər Beynəlxalq İqtisadiyyat Forumunu da tənqid ediblər.

Trampın cümə günü forumda çıxışı gözlənilir.



Әlaqәli Xәbәrlәr