BMT təhlükəsizlik şurası yığıncağı keçirilib

Fransa, Türkiyənin təhlükəsizlik və sərhədləri haqqında narahatlıqlarını  dǝrk  edir. Bunu Fransanın BMT yanında daimi nümayəndəsi Fransua Delattre deyib.

894840
BMT təhlükəsizlik şurası yığıncağı keçirilib

Fransanın BMT yanında daimi nümayəndəsi Fransua Delattre dünən baş tutan BMT təhlükəsizlik şurası yığıncağının qapalı iclasından sonra verdiyi bəyanatda bildirib ki, yığıncaqda BMT Baş katibinin Humanitar işlər üzrə müavini Mark Lowcock, Suriyaya səfəri və humanitar vəziyyət haqqında, siyasi işlər üzrə müavini Jeffrey Feltman da, Suriyada cərəyan edən son proseslər ilə bağlı məlumat verib.

Yığıncaqda Şərqi Quta və İdlibdə yaşanan insani tragediyanın təhlil edildiyini ifadə edən Delattre, Suriya rejiminin izlədiyi siyasətin gətirib çıxardığı mövcud vəziyyətdən, İdlibin bombalanması və Şərqi Qutanın mühasirə altında olmasından narahatıq deyib. Delattre həmçinin vurğulayıb ki, ' Hələbdə yaşananların Şərqi Qutada da yaşanmaması üçün lazımlı addımları atmalıyıq. Şərqi Quta və İdlibdə yaşayan faciəsinin yeganə məsulu isə Suriya rejimidir.

Yığıncaqda Afrinə istiqamətli əməliyyatın da müzakirə edildiyini ifadə edən nümayəndə, Fransa Türkiyənin təhlükəsizlik və sərhədlərinə dair narahatlığının idrakında deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr