Mahmud Abbas vә Siqmar Qabriel arasında telefon danışığı olub

Bu barәdә Fәlәstinin rәsmi xәbәr agentliyi WAFA mәlumat yayıb.

892258
Mahmud Abbas vә Siqmar Qabriel arasında telefon danışığı olub

Fәlәstinin dövlәt başçısı Mahmud Abbas  vә Almaniyanın  XİN rәhbәri Siqmar Qabriel arasında telefon danışığı olub.

Bu barәdә Fәlәstinin rәsmi xәbәr agentliyi WAFA mәlumat yayıb. Mәlumata görә, tәrәflәr  Fәlәstin ilә İsrail arasındakı  sülh prosesini vә Mahmud Abbasın yanvarın 22-dә Belçikanın paytaxtı Brüsseldә  Avropa İttifaqının  XİN rәhbәrlәri ilә keçirәcәyi görüşü müzakirә ediblәr.

Siqmar Qabrielin iki dövlәtli hәll prosesini dәstәklәdiyi bildirilib. Almaniyanın  XİN rәhbәri hәmçinin fevral ayında Fәlәstinә sәfәr edәcәyini ifadә edib.



Әlaqәli Xәbәrlәr