Güclü külək və qarın problemlər yaratdığı ölkələr

Şaxta və qar yağışı müxtəlif ölkələrdə gündəlik həyata mənfi təsir göstərir.

891436
Güclü külək və qarın problemlər yaratdığı ölkələr

Şaxta və qar yağışı müxtəlif ölkələrdə gündəlik həyata mənfi təsir göstərir.

Pis hava şəraiti səbəbindən ABŞ-da 5 nəfər həyatını itirib.

Corciya ştatında məhdud sayda maşının yol hərəkətində olması üçün bir gecə üçün qadağan saatlar elən edilib.

Atlanta Hava Limanında təxirə salınan təyyarə səfərlərinə görə növbədə gözləyənlərin sayı artıb.

Hollandiyada küləyin sürəti 140 km-ə çıxıb. Amsterdamda Skiphol Hava Limanında bütün reyslər ləğv olunub.

Belçikada da Gent Limanı güclü küləyə görə bağlanıb.

Şimali İrlandiyada məktəblər bağlanıb, Şotlandiyada isə sürücülər qara görə çətinliklərlə qarşılaşıblar.

Polşada da güclü qar yağışı Poznan və Bialystok şəhərlərində gündəlik həyata öz təsirini göstərir.



Әlaqәli Xәbәrlәr