Çexiyanın baş naziri istefa verib

Bu gün Baş nazir, “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatının lideri Andrey Babişin başçılığı ilə Çexiya hökuməti istefaya getdiyini elan edib.

890978
Çexiyanın baş naziri istefa verib

Ölkə Prezidenti yeni hökuməti təsdiq edənə qədər Nazirlər Kabineti fəaliyyətini davam etdirəcək. Məlumatı informasiya agentliyi TASS verib.

Məlumata görə, dünən Çexiya hökuməti parlamentin aşağı palatasının etimadını qazana bilməyib. Babiş jurnalistlərlə söhbətində bildirib: “Hökumət öz iclasında istefa qərarını qəbul etdi. Mən Prezidentdən görüş xahiş etmişəm”.

Qeyd edək ki, parlamentin iclasında 200 deputatdan 117-si hökumətin əleyhinə səs verib.



Әlaqәli Xәbәrlәr