ABŞ Suriyaya dair yeni strategiyasını açıqlayacaq

Amerika Birlәşmiş Ştatlarının  Suriyaya dair yeni strategiyası bu gün açıqlanır.

890510
ABŞ Suriyaya dair yeni strategiyasını açıqlayacaq

Amerika Birlәşmiş Ştatlarının  Suriyaya dair yeni strategiyası bu gün açıqlanır.

Mәlumata görә, ABŞ Dövlәt Katibi Reks Tillerson Standfort universitetindә ölkәsinin Suriyaya dair strategiyası ilә bağlı çıxış edәcәk.

ABŞ Dövlәt Departamentinin uzun zamandır Milli Tәhlükәsizlik Şurası ilә birgә hazırladığı çıxış mәtnindә  terror tәşkilatı DEAŞ-a qarşı mübarizәnin böyük ölçüdә tamamlanmasından sonra Vaşinqton rәhbәrliyinin Suriyaya dair  strategiyası ilә bağlı  mәlumatlar olacağı  gözlәnilir.

Reks Tillersonun Suriya ilә bağlı çıxışında  ABŞ-ın separatçı terror tәşkilatı PKK-nın Suriya qolu PYD-yә yeni ad vermә taktikasına  әl atacağı da gözlәnilir.

Ankaranın son günlәrdә yüksәk sәslә sәslәndirdiyi reaksiyalar nәzәrә alınaraq hazırlanan çıxış mәtnindә bu bölümün "Şimal-şərq Suriyadakı bütün etnik qrupların tәmsili’’ şәklindә yenidən yazıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr