Avropa İttifaqı yalan xəbərə qarşı savaş açdı

Getdikcə etikanın azalması, genişlənən internet sahəsi, şüursuz sosial media istifadəsi, artan məlumat çirkliliyi və yayılan yalan xəbərlər Avropa İttifaqının (Aİ) gündəminə çıxarılıb.

888943
Avropa İttifaqı yalan xəbərə qarşı savaş açdı

  İttifaqın nəzdində yalan xəbər və internet mühitindəki yanlış məlumatlarla mübarizə aparmaq məqsədilə 2017-ci ilin noyabr ayında yaradılan Yalan İnformasiyalarla bağlı Yüksək Səviyyəli Ekspert Qrupunun iclası olub.

  Toplantıda Aİ Komissiyasının Rəqəmsal İqtisadiyyat və Sosial Mühit bölümünün məsul üzvü Mariya Qabriel də iştirak edib.

  Sonra mətbuat konfransında M.Qabriel mövzuyla bağlı deyib: "Ekspert qrupumuz yalan xəbərin tərifi üzərində işləməyə və sanksiyaların nə olacağını müəyyənləşdirməyə davam edəcəkdir… İfadə azadlığını tam dəstəyir, amma yalan xəbərlə mübarizə aparırıq. Avropa İttifaqının yaratdığı Yalan İnformasiyalarla bağlı Yüksək Səviyyəli Ekspert Qrupunda alim, qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri yer alır.”



Әlaqәli Xәbәrlәr