Çexiyada yeni prezident seçilmədi

Səslərin 99 faizi sayılıb, nəticəyə görə isə ...

887754
Çexiyada yeni prezident seçilmədi

 Çexiyada keçirilən seçkilərin ilkin mərhələsində yeni prezident seçilmədi.

  İki gün davam edən prezident seçkilərində yarışan 9 namizəddən heç biri lazım olan səs faizini toplaya bilmədi.

  Səslərin 99 faizi sayılıb, nəticəyə görə, mövcud prezident Milos Zeman 38 və Çexiya Elmlər Akademiyasının əvvəlki rəhbəri Jiri Drahost isə 26 faiz səs toplayıb.

  Digər namizədlərdən Pavel Fişer 10, Miçel Horacek 9, Marek Hilser isə 8 faiz səs qazanıb.

  Beləliklə, Zeman və Drahost 26-27 yanvar tarixlərində keçiriləcək seçkilərin ikinci mərhələsində yarışmalı olacaq.  

  Qeyd edək ki, M.Zeman ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımasına dəstək vermişdi.



Әlaqәli Xәbәrlәr