Bolqarıstan Aİ Şurasının növbəti sədri oldu

Bolqarıstanın ilin ilk 6 ayına olan müddətdə Avropa İttifaqı (Aİ) Şurasının növbəti sədrliyini təhvil alması münasibətilə paytaxt Sofiyada geniştərkibli mərasim keçirilib.

886553

İvan Vazov adına Milli Xalq Teatrındakı mərasimdə çıxış edən ölkə prezidenti Rumen Radev “Bolqarıstan keçmiş zamanın sınağından keçmiş, dinlərarası harmoniya modeli olup Kiril qrafikasının ana vətəni olaraq Şərq və Qərb arasındakı körpü vəzifəsini öhdəsinə götürmüşdür.”deyib.

Avropanın bütövlük sahibi tək gövdə ola bilməyəcək qədər böyük, həmin zamanda bölünə biləcək qədər kiçik olduğunu dilə gətirən Radev “Qlobal etimadsızlıq Avropanın təhlükəsizlik məsələsinin həllini ilk plana çıxarır. Köç və terror isə Aİ-nin böyük qonşuları ilə fəal dialoq qurulmasını vacib hala gətirir.”deyə dilə gətirib.

Avropa Parlamentinin sədri Antonio Tajani də Bolqarıstanın növbəti sədrliyi zamanı bu ölkəyə tam dəstək verəcəklərini  vurğulayıb.

Әlaqәli Xәbәrlәr