Aİ İranın nüvə proqramı üzrə sazişə dəstəyini dilə gətirdi

Avropa İttifaqı, Almaniya, Fransa və İngiltərə İran ilə mövcud nüvə sazişinə dəstəyini bir daha dilə gətirdi.

886376
Aİ İranın nüvə proqramı üzrə sazişə dəstəyini dilə gətirdi

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri Cavab Zərif ilə Belçikanın paytaxtı Brüsseldəki görüşlərdən sonra Fransa, Almaniya və İngiltərə xarici işlər nazirlərilə birgə mətbuat konfransı təşkil edib.

Federika Mogerini İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı çərçivəsində İrana qarşı sanksiyaların aradan qaldırılmasının beynəlxalq ticarətə və Avropia İttifaqı ilə bu ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir etdiyini söyleyib.

Bu günkü danışıqların əsas gündəm maddəsinin İran ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) arasında 2015-ci ildə imzalanan nüvə proqramına dair saziş və Birgə Hərtərəfli Əməliyyat Planı (JCPOA) olduğunu ifadə edən Moghərini, İranın nüvə proqramı sazişinə sadiq qaldığını və Aİ-nin JCPOA-nın qorunması mövusunda qətiyyətli olduğunu qeyd edib.

F.Mogerini həmçinin bildirib ki, İranla nüvə sazişi qüvvədədir və Aİ sazişin bütün iştirakçılar tərəfindən tam həyata keçirilməsi istiqamətində işləri davam etdirəcək. Ayrıca İranın birgə hərtərəfli fəaliyyət plan çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin doqquz hesabatında əksini tapıb. Təşkilat İranın nüvə proqramının yalnız sülh xarakterli olduğunu təsdiq edib. Bu saziş İranın nüvə proqramına nəzarət etmək imkanı da verir. Odur ki, Avropa İttifaqı bütün tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə riayət etməsini israrla tələb edir.

Mogerini Zərif ilə görüşündə İranda son dönəmdə baş verən hadisələrə də toxunduqlarını söyləyib.

Fransanın xarici işlər naziri Lö Drian da ölkəsinin JCPOA-nın dəqiq olaraq tətbiqi barədə həssaslıqlarını dilə gətirərək JCPO-ya bir alternatif görə bilmədiklərini münasibətilə bütün tərəflərin sazişə sadiq olmalarının vacibliyini ifadə edib.

Almaniyanın xarici işlər naziri Gabriel də İranın nüvə proqramına dair sazişin qorunmasında qətiyyətli olduqlarını vurğulayıb.

"Diplomatik təşəbbüslərlə nüvə silahların inkişaf etdirilməsinə mane olunmasının mümkün olduğu məlumatının yayılması böyük əhəmmiyət daşıyır. Əks təqdirdə çox təhlükəli məlumatlar yayılar” deyə nazir bildirib.

İngiltərənin xarici işlər naziri də Aİ-nin İranın nüvə proqramına dair sazişə əhəmiyyət verdiyini, bu müqaviləni önəmli diplomatik uğur kimi qiymətləndirdiyini və İranın müqavilənin əsaslarını yerinə yetirdiyi barədə həmfikir olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr