ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə görüşə biləcəyini bildirdi

ABŞ prezidenti D.Tramp Cənubi Koreya Mun Çje İn ilə keçirdiyi görüşdə ölkəsinin doğru zamanda və uyğun şərtlərdə Şimali Koreya ilə görüşə biləcəyini bildirib.

885736
ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə görüşə biləcəyini bildirdi

ABŞ prezidenti D.Tramp Cənubi Koreya prezidenti Mun Çje İn ilə keçirdiyi telefon danışığında  ölkəsinin doğru zamanda və uyğun şərtlərdə Şimali Koreya ilə görüşə biləcəyini bildirib.

Bununla bağlı açıqlama Ağ Ev tərəfindən Mun Çje İn ilə Tramp arasında baş tutan telefon danışığından sonra verilib.

Açıqlamada qeyd olunub ki, Şimali Koreya ilə Cənubi Koreya arasındakı diplomatik danışıqlara dair təşəbbüsləri ABŞ yaxından izləyir. Prezident Tramp doğru zamanda və uyğun şərtlərdə ABŞ ilə Şimali Koreya arasında müzakirələrin keçirilə biləcəyini bildirdi.

Digər tərəfdən ABŞ vitse-prezidenti Mayk Pensin Cənubi Koreyada fevral ayında keçiriləcək Qış Olimpiya oyunlarında ölkəsi adından iştirak edəcək heyətin sədri sifətilə qatılacağı bildirilib.



Әlaqәli Xәbәrlәr