ABŞ-ın Qüds qərarına qarşı Qəzzada nümayiş oldu

ABŞ prezidenti D.Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına etiraz etmək məqsədilə Qəzzada nümayiş keçirilib.

886264
ABŞ-ın Qüds qərarına qarşı Qəzzada nümayiş oldu

ABŞ prezidenti D.Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına etiraz etmək məqsədilə Qəzzada nümayiş keçirilib.

Naməlum əsgərin abidəsi önündə bir araya gələn Fələstinlilər ABŞ-ın Qüdslə əlaqəli qərarı əleyhinə şüarlar səsləndiriblər.

Nümayişi təşkil edən Humanitar Yardım Təşkilatları Birliyinin sözçüsü Ramiz əl-Qurbavi etdiyi çıxışda ABŞ-ın Qüdslə əlaqəli qərarının qeyri-qanuni və qəbuledilməz olduğunu söyləyib.

İsraillə bu məsələnin müzakirə edilməsinin belə qeyri-mümkün olduğunu və “Fələstinin əbədi paytaxtı” olan Qüdsdən qətiyyətli olaraq güzəştə gedilməyəcəyini vurğuluyan Qurbavi Fələstin xalqının haqlarını pozan hər hansı bir ABŞ-İsrail müqaviləsinin həyata keçirilə bilməyəcəyini vurğulayıb.

ABŞ prezidenti Trampın həmin qərarı əleyhinə etiraz aksiyaları başda Qüds olmaqla Fələstinin müxtəlif bölgələrində aramsız davam edir.



Әlaqәli Xәbәrlәr