Tereza May  kabinetdə dəyişikliklər edib

Böyük Britaniyanın Baş naziri Tereza May ölkənin Nazirlər Kabinetində bir sıra dəyişikliklər edib. 5 nazir  isə öz vəzifələrində qalıb.

884298
Tereza May  kabinetdə dəyişikliklər edib

Dəyişikliklə, sabiq miqrasiya naziri Brandon Levis Mühafizəkarlar partiyasının yeni lideri təyin edilərkən, sabiq mədəniyyət naziri Karen Bredli Şimali İrlandiya üzrə nazir vəzifəsinə təyin olunub. Onu Matt Hankok əvəzləyib. Ədliyyə naziri David Lidinqton bundan sonra Baş nazirin ofisində fəaliyyət göstərəcək. Onun vəzifəsində əmək və təqaüd naziri David Qauke xidmət edəcək.

Daxili işlər naziri, maliyyə naziri, “Brexit” üzrə dövlət katibi və xarici işlər nazirləri isə öz vəzifələrində qalıblar.


 



Әlaqәli Xәbәrlәr