ABŞ Pakistana hərbi yardımı dayandırdı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2017-2018 maliyyə ili üçün Pakistana hərbi əməliyyatlar müqabilində ediləcək 900 milyon dollarlıq yardımı dayandırdığını açıqladı.

884186
ABŞ Pakistana hərbi yardımı dayandırdı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2017-2018 maliyyə ili üçün Pakistana hərbi əməliyyatlar müqabilində ediləcək 900 milyon dollarlıq yardımı dayandırdığını açıqladı.

Pentaqonun sözçüsü polkovnik (albay) Rob Maninq həmin mövzuyla əlaqəli verdiyi açıqlamada bildirib ki, Pakistana ediləcək hərbi yardım dayandırıldı. Pakistanın axtarışda olduğumuz terrorçu və silahlı qruplara qarşı ciddi addımlar atacağını ümid etdiyimiz üçün bu maliyyə yardımı ləğv edilmədi yaxud yenidən proqramlaşdırılmadı.

2016 maliyyə ili büdcəsi çərçivəsində 540 milyon dolların mart ayında Pakistana verildiyini ifadə edən Maninq 2017-ci ilə aid maliyyə ili büdcəsində iki illiyinə planlaşdırılan yardımların vəziyyətinin də bu maliyyə ilin axırı olan oktyabr ayınadək qiymətləndiriləcəyini ifadə edib.

Maninq ölkəsinin Pakistandan nə gözlədiyinin açıq olduğunu vurğulayaraq bildirib ki, Taliban və Hakani qrupu liderlərinin və hücum planlaşdıranların artıq Pakistan ərazilərində olmaması və ordan hücum etməmələri lazımdır. ABŞ həmin məqsədlə Pakistana atacağı  konkret addımları çatdırdı. Ayrı-seçkilik etmədən bütün terrorçu qruplara qarşı ABŞ Pakistan ilə birgə işləməyə hazırdır.



Әlaqәli Xәbәrlәr