NATO-nun rəsmi himni təsdiqləndi

NATO 29 il müddətində müxtəlif tədbirlərdə çalınan himni 'rəsmi himn' olaraq təsdiqlədi.

882382
NATO-nun rəsmi himni təsdiqləndi

NATO 29 il müddətində müxtəlif tədbirlərdə çalınan himni 'rəsmi himn' olaraq təsdiqlədi.

NATO-nun 40-cı ildönümü üçün Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən 1989-cu ildə bəstələnmiş “NATO himni” Alyansın tarixindəki ilk rəsmi himn oldu.

NATO üçün himn fəaliyyətləri 1950-ci illərə gedib çıxır. 1958-ci ildə ingilis Hildebrand Preston o dövrdə Fransanın paytaxtı Parisdə olan NATO qərargahına gedən yüksək səviyyəli qonaqların qarşılanmasında istifadə edilən mərasim himnini bəstələyib.

NATO-nun onuncu ili olan 1959-cu ildə isə alman Hava Qüvvələrində vəzifəli Kapitan Hans Lorenz tərəfindən bəstələnən, mətni isə hollandiyalı Stephanus van Dam və amerikalı Leon van Leeuwen tərəfindən yazılan 'NATO mahnısı'ndan istifadə edilib.

1960-cı ildə o dövrün üzvü olan on beş ölkənin milli himnlərinin birləşməsindən ibarət himn qəbul edilib.

Bunlar arasında ən çox təqdir edilən Reichlingin bəstəsi oldu və  29 ildir "de facto"  himnə çevrildi.

Türkiyənin də aralarında olduğu bütün NATO üzvlərinin nümayəndələrindən ibarət olan Şimali Atlantika Alyansı hər hansı bir söz ehtiva etməyən və 20 musiqi aləti ilə çalınan 'NATO himni'ni rəsmi olaraq yanvarın 3-də təsdiqlədi.



Әlaqәli Xәbәrlәr