BMT Təhlükəsizlik Şurası İrana dair iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının İranda yaranmış vəziyyətlə bağlı iclası bu gün - yanvarın 5-də keçiriləcək.

882032
BMT Təhlükəsizlik Şurası İrana dair iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının İranda yaranmış vəziyyətlə bağlı iclası bu gün - yanvarın 5-də keçiriləcək.

İran üzrə BMT Təhlükəsizlik Şurasının iclasının cümə günü (bugün), saat 15:00-da başlayacağı bildirilib. (Türkiyə vaxtı ilə saat 23.00)

Təhlükəsizlik Şurasının toplantısı ABŞ-ın rəsmi sorğusu əsasında açıq formatda keçiriləcək.  

Daha əvvəl ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyl bildirib ki, Birləşmiş Ştatlar İrandakı vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının və İnsan Haqları üzrə Şurasının təcili iclasını çağıracaq.

Qeyd edək ki, İran daxili işlərinə müdaxilə etməkdə ittiham etdiyi ABŞ-dan BMT-yə şikayət verib.

İrandakı hadisələr 2017-ci dekabrın 28-də Məşəddə bir qrup nümayişçinin ölkədəki iqtisadi vəziyyətə, işsizlik, sui-istifadə problemlərinə etirazı ilə başlamışdı. Qısa müddətdə rejim əleyhinə etiraz aksiyalarına çevrilən nümayişlər Tehran, Kirmanşah, Sənəndəç, Zəncan, Şuraz, Qum, Şiraz, Ahvaz, Zahidan, Ərak, Hurrəm Abad kimi müxtəlif şəhərlərə yayılmışdı.

Ölkə miqyasındakı hadisələrdə indiyədək ən azı 20 nəfərin həyatını itirdiyi, mindən artıq nümayişçinin həbs edildiyi bildirilir. 



Әlaqәli Xәbәrlәr