Fələstinlilərə edam cəzasının tətbiqi üçün ilk addım atıldı

Fələstinlilər üçün edam cəzasının tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi İsrail Parlamentində (Knesset) keçirilən ilk səsvermədə qəbul edildi.

881282

Knessetin rəsmi internet saytında yer tutan açıqlamaya görə, layihə ilk səsvermədə 52 səs lehinə, 49 səs əleyhinə olmaqla təsdiqləndi.

İsrailin baş naziri Binyamin Netanyahu qanun layihəsindən müdafiə edərək, ölüm hökmünün "radikal durumlarda ədalət" mənasını daşıdığını söyləyib.

İyul ayında İordan çayının qərb sahilindəki qeyri-qanuni Neve Tsuf (Halamis) yəhudi yaşayış məntəqəsində təşkil edilən və üç yəhudi sakinin ölümü ilə nəticələnən hücumu xatırladan Netanyahu deyib ki, həyatımda məni şoka salan şeylər gördüm, amma bu hadisə məni yenə də şoka saldı. İnsanların ağır cinayətlər törətdiyi və yaşamağa layiq olmayan nümunələri var. Qanunu belə şəylər üçün dəyişirik.

 Qanunun qüvvəyə minməsi üçün layihə parlamentdə daha iki dəfə səsə qoyulmalıdı və təsdiq edilməlidir.

İsraildə mülki məhkəmələrdə edam cəzası yoxdur.

Hərbi məhkəmələr isə bu cəzanı son dərəcə müstəsna hallarda verə bilər.

Әlaqәli Xәbәrlәr