Pakistan ABŞ prezidenti Donald Trampın ittihamlarına sərt reaksiya göstərdi

Pakistan ABŞ prezidenti Donald Trampın rəsmi İslamabadın terrorçulara sığınacaq yer təmin etdiyi ilə bağlı ittihamlarına sərt reaksiya göstərdi.

880094

Xarici işlər naziri Khawaja Asif yerli telekanallardan birinə verdiyi açıqlamada bildirib ki, Trampın “twitter” səhifəsində paylaşdığı “Pakistan ABŞ-ın Əfqanıstanda mübarizə apardığı terroçulara ev sahibliyi edir” iddiaları həqiqətləri əks etdirmir.

Asif ABŞ ordusunun Pakistan torpaqlarından Əfqanıstanda öz mənfəətlərinə xidmət üçün istifadə etdiyini söyləyib.

ABŞ prezidenti Trampın son 15 ildə Pakistana verdiyi pulların, xeyirxahlıq üçün vermədiyini, ölkəsinin təqdim etdiyi xidmətlər üçün olduğunu da deyib.

Nazir bildirib ki, Tramp Əfqanıstandakı uğursuzluqlarından bizi deyil, buna səbəb olanları məsul tutmalıdır.

Әlaqәli Xәbәrlәr