İsrail Qəzzada əl-Kassam briqadalarının mövqelərini vurdu

İsrailə məxsus döyüş təyyarələri Qəzzada “Həmas”ın hərbi qanadı İzzəddin əl-Kassam briqadalarına məxsus hərbi mövqeyi vurub.

879761
İsrail Qəzzada əl-Kassam briqadalarının mövqelərini vurdu

İsrailə məxsus döyüş təyyarələri Qəzzada “Həmas”ın hərbi qanadı İzzəddin əl-Kassam briqadalarına məxsus hərbi mövqeyi vurub.

Fələstinli təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, İsrailin döyüş təyyarələri Qəzzanın cənubunda yerləşən Xan Yunusun şimal-qərbindəki hərbi mövqeyi hədəf götürüb. Hücumda ölən olmadığı bildirilib.

İsrail rəsmiləri isə hücumla əlaqəli hələ də açıqlama yaymayıb.

İsrailin ordu sözçüsü Avichay Andaee daha əvvəl verdiyi açıqlamada Qəzzada atılan bir raketin İsrailin cənubundakı Aşkol şəhərində açıq sahəyə düşdüyünü, hadisədə ölən olmadığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr