Ağ Evin İranla əlaqəli açıqlaması

Ağ Ev "Biz İran xalqının öz mövqeyini dinc şəkildə dilə gətirməsini dəstəkləyirik. Bu səs eşidilməlidir.” açıqlamasını yaydı.

879343
Ağ Evin İranla əlaqəli açıqlaması

Ağ Ev "Biz İran xalqının öz mövqeyini dinc şəkildə dilə gətirməsini dəstəkləyirik. Bu səs eşidilməlidir.” açıqlamasını yaydı.

Ağ Evin mətbuat xidmətinin İrandakı etiraz aksiyaları ilə əlaqəli açıqlamasında deyilib ki, biz İran xalqının öz mövqeyini dinc şəkildə dilə gətirməsini dəstəkləyirik. Bu səs eşidilməlidir. Bütün tərəfləri dinc şəkildə fikir ifa etmək fundamental hüququnu müdafiə etməyə və sənzuraya yardımçı olacaq bütün addımlardan daşınmağa çağırırıq.

ABŞ prezidenti D.Tramp da srağa gün özünün “twitter” səhifəsində İranla əlaqəli açıqlama yayaraq demişdi ki, rejimin sui-istifadələrindən və ölkənin varlığını ölkə xaricində terrora sərf etməsindən təngə gələn İran vətəndaşlarının sülhməqsədli etirazlarına dair məlumatlar yayılır. İran hakimiyyəti özünü ifadə haqqı da daxil öz xalqının hüquqlarına hörmətlə yanaşmalıdır. Dünya bu prosesi izləyir.

Qeyd edək ki, ötən həftə İranın Məşhəd şəhərində 200 nəfərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Hökümətə qarşı şüarlar səsləndirən etirazçılar iqtisadi tələbləri irəli sürüb. Polis əməkdaşları icazəsiz mitinqlərdə iştirak və dövlət mülkiyyətinə zərər yetirilmə ittihamları ilə 52 nəfəri həbs edib. 



Әlaqәli Xәbәrlәr