Fələstinin İslamabad səfiri Xarici işlər Nazirliyinə çağırılıb

Səfir Vəlid Əbu Əli Leşker-i Tayyibə təşkilatının qurucusu Hafiz Məhəmməd Saidin qatıldığı Qüdslə həmrəylik tədbirində iştirak etməsinə görə Fələstin Xarici işlər Nazirliyinə çağırılıb.

879113
Fələstinin İslamabad səfiri Xarici işlər Nazirliyinə çağırılıb

Fələstinin İslamabad (Pakistan) səfiri Vəlid Əbu Əli Leşker-i Tayyibə təşkilatının qurucusu Hafiz Məhəmməd Saidin qatıldığı Qüdslə həmrəylik tədbirində iştirak etməsinə görə Fələstin Xarici işlər Nazirliyinə çağırılıb.

Nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, səfir Əlinin Pakistanın şimal-şərqindəki Ravalpindi şəhərində, 2008-ci ildə Hindistanın Mumbai şəhərində təşkil edilən hücumlardan məsul tutulan Leşker-i Tayyibənin qurucusu Saidin qatıldığı Qüdslə həmrəylik tədbirində iştirak etməsi səbəbiylə Xarici İşlər Nazirliyinə çağırıldı.

 Açıqlamada səfirin həmin tədbirdə iştirak etməsinin bir səhvdən qaynaqlandığı ancaq bunun bəhanə olmadığı ifadə edilib.

Fələstinin Hindistan ilə yaxşı əlaqələr qurmağı istədiyi qeyd olunan açıqlamada Hindistanın İsrail işğalının sona çatması və 1967 sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması üçün göstərdiyi səylər və verdiyi dəstəyin təqdir edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr