Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti DEAŞ öz üzərinə götürdü

DEAŞ terror təşkilatı Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

878687
Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti DEAŞ  öz üzərinə götürdü

DEAŞ terror təşkilatı Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Radikal təşkilatları izləyən mərkəzi qərargahı ABŞ-da yerləşən SİTE Kəşfiyyat qrupunun açıqlamasına görə, hücumu DEAŞ-ın Rusiyadakı  hücrəsinin üzvləri təşkil edib.

Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb və təhlükəsizlik qüvvələrinə öz həyatlarını təhlükədə gördükləri anda terrorçuları öldürmə səlahiyyəti verilməsini istəmişdi.



Әlaqәli Xәbәrlәr