Yəməndə baş verən toqquşmalarda 44 nəfər ölüb

Yəmənin Hudeyde şəhərində hakimiyyət tərəfdarı qüvvələr ilə Husilər arasında baş verən toqquşmada 44 nəfərin öldüyü bildirilib.

877919
Yəməndə baş verən toqquşmalarda 44 nəfər ölüb

Yəmənin Hudeyde şəhərində hakimiyyət tərəfdarı qüvvələr ilə Husilər arasında baş verən toqquşmada 44 nəfərin öldüyü bildirilib.

Hərbi mənbələrdən əldə edilən məlumata görə, Qırmızı dəniz sahilində yerləşən Hudeyde şəhərində qanuni hakimiyyətin nəzarətindəki Huhe qəsəbəsinə qurudan onlarla katyuşa raketləri, ağır  toplar və dənizdən hücum edilib.

Qəsəbəni ələ keçirmək istəyən Husilər ilə hakimiyyət tərəfdarı qüvvələr arasında şiddətli döyüşlər gedib, qanuni hakimiyyət qüvvələrinə ətrafdakı bölgələrdən dəstək gəldiyi bildirilib.

Həmçinin Səudiyyə Ərəbistanı başçılığındakı koalisiya qırıcılarının Husilərə hücum etdiyi, silahlılara məxsus maşınlar ilə raket fırlatma sistemini sıradan çıxardığı qeyd edilib.

Uzun müddət davam edən toqquşmalarda hökumətə sadiq qüvvələrdən 9 əsgərin, Husilərdən 35 nəfərin həyatını itirdiyi, iki tərəfdə də onlarla yaralının olduğu bildirilib.  

Husilərin irəliləyiş qeyd edə bilmədiyi və geri çəkilmək məcburiyyətində qaldığına dair məlumat yayılıb.

Yəməndə hakimiyyətə sadiq qüvvələr ölkənin qərb sahilində strateji əhəmiyyətə sahib Huhe qəsəbəsinin nəzarətini dekabrın 7-də ələ keçirmişdi. 26 qəsəbəsi olan Hudeydenin 22 qəsəbəsi Husilərin, Huhe və Hays qəsəbələri isə qanuni hökumətin nəzarətindədir.

Qeyd edək ki, uzun müddətdir siyasi sabitsizliyin hökm sürdüyü Yəməndə Husilər ilə qanuni hökumətə bağlı qüvvələr arasında toqquşmalar olur.



Әlaqәli Xәbәrlәr