Qətər ilə ABŞ müdafiə nazirlərinin görüşündə Körfəz böhranı müzakirə edildi

Qətərin müdafiə naziri əl-Atiyyenin ABŞ-ın müdafiə naziri Mattis ilə Körfəz böhranını müzakirə etdiyi bildirilib.

877937
Qətər ilə ABŞ müdafiə nazirlərinin görüşündə Körfəz böhranı müzakirə edildi

Qətərin müdafiə naziri əl-Atiyyenin ABŞ-ın müdafiə naziri Mattis ilə Körfəz böhranını müzakirə etdiyi bildirilib.

Qətərin Müdafiə Nazirliyi tərkibindəki Mənəvi Rəhbərlik İdarəsinin yaydığı açıqlamada Mattisin Attiyeyə zəng etdiyi və görüşdə Körfəz böhranı ilə əlaqəli son vəziyyətin müzakirə edildiyi qeyd olunub.

Telefon danışığında ayrıca hərbi və müdafiə sahələrində ikitərəfli əlaqələr ilə bunları inkişaf etdirməyin yolları qiymətləndirilib.

Bununla yanaşı iki ölkə arasında yanvar ayının axırında keçirilməsi planlaşdırılan “İkili strateji dialoq”la əlaqəli hazırlıqlardan danışılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin iyunun 5-də Qətər ilə bütün diplomatik əlaqələrini kəsmələri Körfəz bölgəsində böhranın yaranmasına gətirib çıxarmışdı.



Әlaqәli Xәbәrlәr