Sergey Lavrov vә Reks Tillerson arasında telefon danışığı olub

Bu barәdә Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

876686
Sergey Lavrov vә Reks Tillerson arasında telefon danışığı olub

Rusiyanın xarici işlәr naziri  Sergey Lavrov  və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Bu barәdә Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Məlumata görə, tәrәflәr  ikitәrәfli münasibәtlәr, Suriyadakı  vəziyyəti, xüsusən, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması məsələsini müzakirə ediblər.

Həmçinin Şimali Koreyadakı vəziyyəti, danışıqlar proseslərinə keçidin vacibliyi qeyd olunub.

Tərəflər aktual problemlər üzrə dialoqun aktivləşdirilməsinə dair razılığa gəliblər.   

Mәlumata görә,  Lavrov vә Tillerson Şimali Koreyanın istehsal etdiyi nüvә reketlәrin BMT Tәhlükәsizlik Şurasının qәtnamәlәrinә zidd olduğu mövzusunda hәmfikirdirlәr.



Әlaqәli Xәbәrlәr