Rusiyadan ABŞ-a Koreya xəbərdarlığı

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Koreya yarımadasında ehtimal olunan müharibənin çox sayda amerikan vətəndaşının sonu ola biləcəyi barədə xəbərdarlıq etdi.

876345
Rusiyadan ABŞ-a Koreya xəbərdarlığı

 Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev rus mətbuatına müsahibə verdi.
 
 Patruşev müsahibəsində Amerika Birləşmiş Ştatlarının  Şimali Koreyaya hücum etməsi halında Cənubi Koreyadakı 250 min ABŞ vətəndaşının ağır itkilər verəcəyini bildirdi.
 
 Patruşev:"Koreya yarımadasında böyük bir müharibə başlayarsa, on minlərlə ABŞ vətəndaşı öləcək. Şimali Koreyanın ağır silahları Cənubi Koreyanın paytaxtı Seuldan təxminən 50 kilometrlik məsafədədir" dedi.
 
Washingtonun  yarımadada gərginliyin artmasına təsir etdiyini bildirən Patruşev:"Bu gün ABŞ Şimali Koreya liderinin ünvanına  aqressiv və provokativ ifadələr işlədir və Cənubi Koreya ilə geniş miqyaslı təlimlər keçirir" dedi.
 
Rusiya Təhlükəsizlik Şurasının sədri ABŞ və Şimali Koreya arasında gərginliyin siyasi və diplomatik yollarla həll olunacağını da sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr