Suriya mövzulu yığıncaq tərəflər arasındakı ikili görüşlərlə Astanada başladı

Qazaxıstanın paytaxtı Astanada 8-ci dəfədir təşkil edilən Suriya mövzulu yığıncaq tərəflər arasındakı ikili görüşlərlə start alıb.

872893

ABŞ-ın iştirak edənlərin sayını ən aşağı səviyyədə tutduğu görüşlərin əsas gündəmini məhkum və əsirlərin sərbəst buraxılması, tarixi yerlərdə minaların təmizlənməsi, gərginliyi azaltma bölgələrindəki son vəziyyət və Soçidə keçiriləcək Milli Dialoq Konqresinə hazırlıqlar təşkil edir.

Görüşlər atəşkəsin zamin ölkələri Rusiya, Türkiyə və İran arasındakı ikitərəfli danıqışlarla başlayıb.

Xarici İşlər Nazirliyi müstəşar müavini Sədat Önalın başçılıq etdiyi Türkiyə heyəti rus rəsmilərlə yığıncaq keçirib.

Rusiya heyəti isə İran və Bəşər Əsəd rejiminin heyətlərilə görüşüb.

Yığıncaqlarda ABŞ, BMT və İordaniya heyətləri müşahidəçi  kimi iştirak edir.

Qazaxıstan Xarici İşlər Nazirliyi BMT-nin Suriya üzrə təmsilçisi Staffan de Misturanın yığıncaqda sabah iştirak edəcəyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr