Qətər dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Qüdslə əlaqəli mövqeyinə görə təriflədi
Qətər dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qüdslə əlaqəli qərarı qarşısında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin birgə mövqe ortaya qoymasındakı rolunu tərifləyib.
Qətər dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qüdslə əlaqəli qərarı qarşısında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin birgə mövqe ortaya qoymasındakı rolunu tərifləyib.
Qətərin baş naziri Şeyx Abdullah bin Nasır bin Xəlifə Al Saninin başçılığında keçirilən nazirlər kabinetinin yığıncağında Fələstin xalqının qorunması, İsrail qüvvələrinin hücumları və Yəhudi sakinlərin Əl-Əqsa məscidinə istiqamətli davam edən pozuntularının qarşısının alınması üçün beynəlxalq səviyyədə qətiyyətli və təcili olaraq addım atılmasının vacibliyi vurğulanıb.
Qətərin ədliyyə naziri Həsən bin Lahdan əl-Həsən əl-Məhəmməd ölkənin rəsmi xəbər agentiliyi QNA-ya verdiyi bəyanatda deyib ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda baş tutan zirvə yığıncağının yekun sənədi məmnuniyyətlə qarşılandı. Bu sənəd müsəlman xalqların duyğularını əks etdirdi və ABŞ prezidentinin Qüds qərarının əleyhinə olmaq üçün yol xətirəsini ortaya qoydu.
Nazir dövlət başçısı Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının İstanbulda zirvə yığıncağı keçirməsi və İslam ölkələrinin Qüds mövzusunda eyni mövqe ortaya qoymasındakı rolunu tərifləyib.
Qətərli nazir ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim edilən Qüdslə bağlı qətnaməyə veto qoymasından ölkəsinin duyduğu narahatlığı da dilə gətirib.