Çin və Özbəkistan arasında hərbi əməkdaşlıq

Çin Dövlət Şurasının üzvü, müdafiə naziri general-leytenant (korgeneral) Chang Wanquan  Özbəkistana rəsmi səfər edib.

873083
Çin və Özbəkistan arasında hərbi əməkdaşlıq

Çin Dövlət Şurasının üzvü, müdafiə naziri general-leytenant (korgeneral) Chang Wanquan  Özbəkistana rəsmi səfər edib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qonaq müdafiə naziri Wanquanı qəbulunda Mirziyoyev müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bu prosesə sürət qazandırılmasının iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına ciddi mənada dəstək olduğundan məmnuniyyətini dilə gətirib.

Görüşdə hərbi və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti qiymətləndirilib, regional təhlükəsizlik və sabitliklə əlaqəli aktual mövzular müzkirə olunub.

Özbəkistan Silahlı Qüvvələrinin gücünü və müdafiə potensiyalını artırmaq istiqamətində ölkədəki islahatları və atılan yeni addımları yüksək dəyərləndirən Çinin müdafiə naziri ölkəsinin hərbi və müdafiə sahəsində ikitərəfli maraqlara əsaslanan əməkdaşlığı güçləndirməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr