BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımadı

BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib.

873336
BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımadı

BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib.

Türkiyənin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasından sonra BMT Baş Məclisində müzakirəyə çıxarılan Qüdslə bağlı qətnamə layihəsinin  lehinə 128 ölkə səs verib.

Məlumata görə, 9 ölkə layihənin  əleyhinə səs verib, 35 ölkə isə bitərəf qalıb. Beləliklə Donald Trampın Qüdslə bağlı qərarı rədd edilib.

ABŞ prezidenti Donald Tramp  dekabrın 6-da Ağ Evdә keçirdiyi mәtbuat konfransında Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını vә Tel Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi hazırlıqları ilə bağlı göstəriş verdiyini açıqlamışdı.

Dekabrın 18-dә isə   BMT Tәhlükәsizlik Şurasının  Orta Şərq nizamlanması üzrə iclası keçirilib.

İclasda Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılmışdı.

 



Әlaqәli Xәbәrlәr