Rəsmi Tehran Səudiyyə Ərəbistanı və ABŞ-ın ittihamlarını qəbul etmədiyini bildirdi

Rəsmi Tehran Yəməndəki Husilərin ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada fırlatdığı ballistik raketin İran istehsalı olduğu ilə əlaqəli Səudiyyə Ərəbistanı və ABŞ-ın irəli sürdüyü ittihamları qəbul etməyib.

872254

İranın yarı rəsmi xəbər agentliyi “İSNA”ya müsahibə verən İran xarici işlər nazirinin sözçüsü Behram Kasımi deyib ki, Yəmən ilə silah mövzusunda əlaqəmiz yoxdur. İranın müxtəlif qruplaşmalara silah verdiyi ittihamlarını rədd edir və bunu kəskin şəkildə təkzib edirik.

Kasımi “Yəmən mühasirə altındadır və belə bir ehtimal yoxdur” ifadəsini işlədib.

Husilərin istifadə etdiyi silahların “pozuntular və bitməyən hücumlardan qorunmaq məqsədilə keçmiş hökumətlərin dövründən qaldığını” söyləyən Kasımi bildirib ki, Yəmənə humanitar yardım göndərməyin belə ehtimalı yoxdur.

Qeyd edək ki, ötən gün Husilərin Ər-Riyada fırlatdığı raket Səudiyyə Ərəbistanının hava müdafiə sistemi tərəfindən hər hansı fəsad törətmədən zərərsizləşdirildi.

Səudiyyə Ərəbistanı başçılığında Yəməndə Husilər ilə toqquşan koalisiyanın sözçüsü dünən yaydığı açıqlamada bildirib ki, İran istehsalı ballistik silahlara İranın dəstəklədiyi Husilər daxil terror təşkilatlarının sahib olması həm bölgə həm də beynəlxalq təhlükəsizliyə təhdid təşkil edir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley də son hücumun “İranın təmin etdiyi silahlardan istifadə edən əvvəlki ihücumların xüsusiyyətini daşıdığını” söyləmişdi.

Səudiyyə Ərəbistanının başçılığındakı koalisiyanın Yəməndə Husilərlə toqquşmağa başladığı 2015-ci il mart ayından  bəridir ölkədə 9 minə yaxın insan həyatını itirib.

Әlaqәli Xәbәrlәr