Rusiyadan ABŞ-a reaksiya

Kreml sözçüsü Dmitriy Peskov Rusiyanın Amerika Birləşmiş Ştatlarına təhlükə təşkil etməsi ilə bağlı iddiaları qəbul etməyəcəklərini bildirdi.

871500
Rusiyadan ABŞ-a reaksiya

Kreml sözçüsü Dmitriy Peskov ABŞ prezidenti Donald Trumpın açıqladığı milli təhlükəsizlik  strategiyası üzrə sənəddə Rusiya və Çinin ABŞ dəyərlərinə meydan oxuyan rəqiblər kimi göstərilməsinə reaksiya göstərərək: "Təhlükəsizlik strategiyası sənədində ölkəmizin adının göstərildiyi bölümlər bu sənədin imperiya iddialarını əks etdirdiyini, birqütblü dünya nizamından imtina etmək niyyətinin olmamasını və çoxqütblü dünyanın qəbul edilmədiyini göstərir"dedi.

Kreml sözçüsü sənəddə müsbət məqamların olduğunu da qeyd etdi, Washington rəhbərliyinin ABŞ xalqının mənfəətinə uyğun sahələrdə Rusiya ilə əməkdaşlığa hazır olmasının bunlardan biri olduğunu söylədi.

Peskov:"Bu, məsələyə Rusiya prezidenti Vladimir Putinin münasibəti ilə üst-üstə düşür. Çünki Moskva da bizim mənfəfətimizə uyğun sahələrdə Washington ilə əməkdaşlıq etmək niyyətindədir" dedi və Sankt Peterburqda planlaşdırılan terror hücumunun qarşısını alan kəşfiyyat məlumatının CİA tərəfindən ötürülməsinin buna ideal nümunə olduğunu bildirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr