Rusiya və Çinin strategiyaları ABŞ-ın maraqları ilə üst-üstə düşmür

ABŞ prezidenti Donald Trumpın ölkənin yeni Təhlükəsizlik Strategiyasını açıqladığı sənədlərdə Rusiya və Çinin strategiyalarının ABŞ-ın mənfəətlərilə üst-üstə düşmədiyinə diqqət çəkilib.

871076
Rusiya və Çinin strategiyaları ABŞ-ın maraqları ilə üst-üstə düşmür

ABŞ prezidenti Donald Trumpın ölkənin yeni Təhlükəsizlik Strategiyasını açıqladığı sənədlərdə Rusiya və Çinin strategiyalarının ABŞ-ın mənfəətlərilə üst-üstə düşmədiyinə diqqət çəkilib.

Ağ Ev 55 səhifəlik Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyətə təqdim etdi, daha sonra isə prezident Trump Ağ Evdə mövzunu dəyərləndirdi.

Trumpın Milli Təhlükəsizlik Strategiyası “Ölkə əraziləri, Amerika xalqı və ABŞ-ın həyat tərzi qorunmalı”, “ABŞ-ın inkişafını dəstəklə”, “Güc ilə sülhü qoru” və son olaraq da “ABŞ-ın nüfuzunu artır” əsasları üzərində qurulub.

Strategiya sənədlərində Rusiya və Çinə diqqət çəkilərək bildirilib ki, Çin və Rusiya Amerikanın gücü, nüfuzu və maraqlarına meydan oxuyaraq, Amerikanın təhlükəsizliyini və rifahını dağıtmağa çalışırlar. Rusiya ABŞ-ın Avropaya bağlılığına etimad səviyyəsini azaltmaq, transatlantika birliyini pozmaq və Avropa qurumlarını və hökumətlərini zəiflətmək üçün təxribat tədbirlərindən istifadə edir.

ABŞ prezidenti Donald Trump isə verdiyi açıqlamada deyib ki, Rusiya və Çin kimi rəqib qüvvələrlə qarşı-qarşıyayıq. Bu ölkələr ABŞ-ın gücü qarşısında öz mövqelərini qoruyurlar. Biz bu ölkələrlə və digər ölkələrlə çox yaxın əlaqələr qurmaq üçün cəhd göstərəcəyik, lakin ilk hədəfimiz öz ölkəmizin maraqları olacaqdır.

Prezident Trump həftə sonunda Rusiya prezidenti Vladimir Putinin ona zəng edərək, Mərkəzi Kəşfiyyat İdarəsinin  (CİA) Rusiyaya xəbərdarlıq etməsi nəticəsində Sankt-Peterburq şəhərindəki terror hücumunun qarşısı alındığına görə təşəkkür etdiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr