ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Qüdslə bağlı qətnamə layihəsinə veto qoyub

Dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib.

871034
ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Qüdslə bağlı qətnamə layihəsinə veto qoyub

Dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib.

İclasda Misir tərəfindən hazırlanan Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanınması məsələsi müzakirə edilib.

Layihə ilə bağlı səsvermə zamanı  15 üzvdən 14-ü - İngiltərə, Fransa, Çin, Rusiya, Urugvay, Boliviya, Efiopiya, İtaliya, Yaponiya, Qazaxıstan, Seneqal, İsveç və Ukrayna qərarı dəstəkləyib.   Lakin ABŞ  veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdəiki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.



Әlaqәli Xәbәrlәr