Rusiya prezidenti Putin Trumpa  tǝşǝkkür edib

Ağ Ev və Kreml iki ölkə arasında əməkdalığı müsbət qiymətləndirib.

870344
Rusiya prezidenti Putin Trumpa  tǝşǝkkür edib

Kremlin  mǝtbuat  xidmǝtindǝn  verilǝn məlumata görə, buna səbəb ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyada planlaşdırılan terror aktı barədə rusiyalı həmkarlarını xəbərdar etməsidir. 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) məlumat verməsindən sonra Sankt-Peterburqda terror aktı planlaşdıran dəstə yaxalanıb. Onlardan biri Sankt-Peterburqdakı ən böyük kilsəni partlartmaq istədiyini etiraf edib. 

Kremlin mǝlumatına   görǝ Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla əlaqə yadaraq ona ölkəsi adından təşəkkür edib. Putin həmçinin qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları ABŞ-a qarşı terror cəhdləri barədə məlumat aldıqları zaman onu amerikalı tərəfdaşları ilə paylaşacaqlar. 



Әlaqәli Xәbәrlәr