Suriya mövzulu Cenevrə-8 danışıqlarından nəticə əldə edilmədi

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura İsveçrənin Cenevrə şəhərində noyabrın 28-də başlanan Suriya üzrə danışıqlardan nəticə əldə edilə bilmədiyini açıqladı.

868748

Danışıqların son günündə Mistura rejim və müxalifət heyətlərilə ayrı-ayrılıqda görüş keçirib.

Mistura görüşlərdən sonra təşkil etdiyi mətbuat konfransında deyib ki, noyabrın 28-dən bəridir müxalifətlə 11, rejim heyətilə 7 toplantı keçirdik. Müxalifət danışıqların məzmununu təşkil edən keçid hakimiyyəti, konstitusiya, seçkilər və terrorla mübarizədən ibarət 4 əsas başlığı müzakirəyə çıxardı. Rejimin diqqət mərkəzində isə “terror” məsələsi oldu.

Xüsusi nümayəndə Mistura danışıqlardan müsbət nəticə əldə edilə bilmədiyini bildirərək, Suriyada Bəşər Əsəd vəzifəsindən imtina etmədən keçid hakimiyyətinin qüvvədə ola bilməyəcəyini, rejimin istədiyi Riyad-2 yığıncağı ilə əlaqəli bəyannamənin geri çəkilməsilə bağlı istəyinin isə məntiqsiz olduğunu, bunun qəbul edilməsinin qeyri-mümkün olduğunu söyləyib.

Mistura danışıqların yanvar ayında yenidən başladılmasını planlaşdırdığını, keçirilən danışıqlar barədə isə gələcək həftə BMT-nin baş katibinə məlumat verəcəyini bildirib.  

Әlaqәli Xәbәrlәr