Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub

Söhbət zamanı iki ölkə lideri Koreya yarımadasındakı nüvə probleminin həlli də daxil olmaqla böhran nöqtələrindəki vəziyyəti müzakirə edib.

869154
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, söhbət zamanı iki ölkə lideri Koreya yarımadasındakı nüvə probleminin həlli də daxil olmaqla böhran nöqtələrindəki vəziyyəti müzakirə edib.

Ağ Evin yaydığı məlumatda isə Trumpın Putinin dünən təşkil etdiyi mətbuat konfransında istifadə etdiyi “ABŞ birjalarındakı artım tempi, bazarların Prezidentə olan etimadını göstərir” ifadələri üçün təşəkkür edib.

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlərlə aktual məsələlərə toxunulub.



Әlaqәli Xәbәrlәr