Etiraz aksiyaları zamanı daha 33 fәlәstinli  xəsarət alıb

İordan çayının qərb sahillərində  və  Qüdsdә  baş verən etiraz aksiyaları zamanı 33  fәlәstinli daha  xəsarət alıb.

869057
Etiraz aksiyaları zamanı daha 33 fәlәstinli  xəsarət alıb

ABŞ prezidenti Donald Trampın keçәn hәftә Qüdsü İsrailin paytaxtı olaraq tanıma qәrarından sonra  başda işğal altındakı Şәrqi Qüds olmaqla İordan çayının qәrb sahillәrindә etiraz aksiyaları  keçirilir.

İsrail әsgәrlәri İordan çayının qәrb sahillәrindә vә Qüdsdә etiraz aksiyaları keçirәn fәlәstinlilәrә hәqiqi  güllәrәrlә müdaxilә edib.

Müdaxilә nәticәsindә 5 fәlәstinli hәqiqi, 28-i dә  plastik güllәylә yaralanıb, 114 fәlәstinli isә İsrail әsgәrlәrinin istifadә etdiyi gözyaşardıcı qaz sәbәbindәn boğulma tәhlükәsi ilә uzlәşib.

Qeyd edәk ki, İordan çayının qәrb sahillәri, Qәzza vә Qüdsdә keçirilәn etiraz aksiyalarıonda bu günәdәk 4 fәlәstinli hәlak olub, mindәn çox adam da yaralanıb.



Әlaqәli Xәbәrlәr