Mariya Zaxarova Suriya Milli Dialoq Konqresindən danışdı

Rusiya xarici ışlər nazirliyinın sözçüsü Mariya Zaxarova Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə hazırlıqların davam etdiyini bildirdi.

868150
Mariya Zaxarova Suriya Milli Dialoq Konqresindən danışdı

Rusiya xarici işlər nazirliyinın sözçüsü Mariya Zaxarova jurnalistlərin Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə aid suallarını cavablandırdı.


ZaxarovaTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun siyahının Rusiyaya verilməsi açıqlaması ilə bağlı suala: "Siyahının alınıb-alınmadığı barədə mənim dəqiq məlumatım yoxdur. Ancaq Çavuşoğlunun açıqlamasına etimad etməmək üçün bir səbəb yoxdur" cavabını verdi.
 
 Soçidə keçiriləcək konqresə intensiv hazırlıqların davam etdiyini qeyd edən Zaxarova iştirakçı siyahısının müxtəlif tərəflərlə müzakirə edildiyini bildirdi.
 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanalında müsahibə verərkən Suriya Milli Konqresi barəsində:"Biz kürd qardaşlarımıza qarşı deyilik, onların yanındayıq. İran da YPG-nin burada olmasına qarşıdır. Kürdləri təmsil edənlərin siyahısını Rusiyaya verdik" demişdi.



Әlaqәli Xәbәrlәr