Çin Şərqi Qüdsün Fələstinin paytaxtı olaraq tanınması qərarına hörmətlə yanaşır
Bunu Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Lu Kanq paytaxt Pekində keçirdiyi mətbuat konfransında dilə gətirdi.

Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Lu Kanq paytaxt Pekində keçirdiyi mətbuat konfransında İslam Əməkdaşlıq Teşkilatının Qüds mövzusundakı beynəlxalq ictimaiyyətə etdiyi müraciətə cavab olaraq Çinin İslam ölkələrinin Qüds ilə bağlı narahatlıqlarını anladığını bildirdi.
Ölkəsinin Qüds məsələsinin həllində Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini və beynəlxalq ictimaiyyətin fikir birliyini dəstəklədiyinə diqqət çəkən Lu 1967-ci il sərhədlərinə görə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstini dəstəklədiklərini də vurğuladı.
Sözçü İsrail və Fələstin arasındakı müzakirələrin ən qısa zamanda başlanacağına, Fələstin məsələsinin hərtərəfli, ədalətli və tamamilə həll ediləcəyinə ümid etdiklərini söylədi.
Әlaqәli Xәbәrlәr

ÜST-ün nümayəndə heyəti Uxanda karantindən çıxıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb.