Etiraz aksiyaları zamanı 124 fәlәstinli xәsarәt alıb

İordan çayının qərb sahillərində, Qəzza zolağında  və Şәrqi Qüdsdә  baş verən etiraz aksiyaları zamanı 45  fәlәstinli  xəsarət alıb.

867435
Etiraz aksiyaları zamanı 124 fәlәstinli  xәsarәt alıb

İordan çayının qərb sahillərində, Qəzza zolağında və Şәrqi Qüdsdә ABŞ prezidenti Donald Trampın Qüdsü ''İsrailin paytaxtı'' olaraq tanıma qәrarından sonra  keçirilәn etiraz aksiyalarının 5-ci günündә İsrail әsgәrlәrinin müdaxilәsi nәticәsindә 124 fәlәstinli yaralanıb.

Bu barədə Fələstin Qızıl Aypara Cәmiyyәti  məlumat yayıb.

Mәlumatda İsrail әsgәrlәrinin istifadә etdiyi gözyaşardıcı qaz sәbәbindәn İordan çayının Qәrb sahillәri vә Qüdsdә 60, Qәzzada isә 19 nәfәrin boğulma tәhlükәsi ilә üzlәşdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr