Suriya Milli Dialoq Konqresinə müxtəlif müxalifət qruplarının daxil edilməsi planlaşdırılır

Rusiya prezidenti Vladimir Putin Suriya Milli Dialoq Konqresinə Moskva və Qahirə platformaları daxil olmaqla müxtəlif müxalifət qruplarını daxil etməyi planlaşdırdıqlarını bildirib.

866304

Putin ötən gün Misirin paytaxtı Qahirəyə planlaşdırılmamış səfər etdi. Rusiya dövlət başçısı Qahirədə bu ölkənin prezidenti Əbdülfəttah əl Sisi ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib ki, Soçidə keçirilməsi gözlənilən Milli Dialoq Konqresinə Suriya müxalifətindən  müxtəlif qrupları daxil etməyi planlaşdırırıq.

Putin “Misirli partnyorlarımıza Rusiyanın Milli Dialoq Konqresi ilə bağlı təşəbbüsə verdikləri dəstəyə görə minnətdarıq.Konqresə Moskva və Qahirə platformaları da daxil olmaqla müxtəlif müxalifət qruplarını daxil etməyi planlaşdırırıq” deyib.

Rusiya lideri Suriya torpaqlarının təqribən hər tərəfinin terrorçulardan təmizləndiyini və rus silahlı qüvvələrinin güclü şəkildə iştirakı ilə keçirilməsi vacib olan vəzifənin tamamlandığını da qeyd edib.

Әlaqәli Xәbәrlәr