NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadıldı

Onun mandatı 2020-ci il sentyabrın 30-da başa çatacaq.

866943
NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadıldı

NATO-nun baş katibi Yens Stoltenberqin vəzifə səlahiyyətinin müddəti daha 2 il uzadılıb.

Təşkilatın bəyanatında bildirilir ki, onun mandatı 2020-ci il sentyabrın 30-da başa çatacaq.

Müttəfiqlərin baş katibi təbrik etdikləri bildirilən açıqlamada üzv ölkələrin Stoltenberqin NATO-nun 21-ci əsrdəki təhlükəsizliklə bağlı sınaqları qarşısında islahatlar aparılmasına dəstəyini davam etdirəcəyinə dair etimadlarının tam olduğu vurğulanıb. 

Stoltenberq isə sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada 29 üzvün vəzifə səlahiyyətinin müddətinin uzadılması barədə qərar verməsinə görə qürur duyduğunu, NATO-nu gücləndirmək və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün çalışmağa davam etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Qeyd edək ki, Yens Stoltenberq 2014-cü il martın 24-də NATO baş katibi vəzifəsinə təyin edilib.



Әlaqәli Xәbәrlәr