Mariya Zaxarova:"Waşinqton Əfqanıstan, İraq və Liviyadakı "uğurları"ndan bəhs etsin"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ı Rusiyanın Suriyadakı uğurlarını heçə sayaraq  irəliləyişləri rəhbərlik etdiyi koalisiyanın uğuru kimi qələmə verməsinə  kinayəli reaksiya göstərdi.

865949
Mariya Zaxarova:"Waşinqton Əfqanıstan, İraq və Liviyadakı "uğurları"ndan bəhs etsin"

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Rusiyanın Suriyadakı uğurlarını heçə sayaraq irəliləyişləri rəhbərlik etdiyi koalisiyanın uğuru kimi qələmə verməsinə kinayəli reaksiya göstərdi.

 Zaxarova Qərbə Moskvanın uğurlarını kiçiltməyin əvəzinə, illərdir yüz minlərlə insanın öldüyü, bütün infrastrukruların dağıdıldığı Əfqanıstan, İraq və Liviyadakı "uğurları"na diqqət yetirməyi tövsiyə etdi.
 
Xarici İşlər Nazirliyinin sözçüsü Facebook-dan verdiyi kinayəli açıqlamasında:" Qərb tərəfdaşlarımız son günlər Suriyada terror təşkilatı DEAŞ-ı məğlubiyyətə uğradan tərəfin Rusiya deyil, özlərinin olduğunu söyləyirlər. Cənablar, buna bir son verin! Siz İraqda, Liviyada və Əfqanıstanda "uğurlar" qazandınız. Bunlarla fəxr etməlisiniz" ifadələrini işlətdi.

Qeyd edək ki,Pentaqonun Orta Şərq departamentinin sözçüsü Erik Pahon Suriya ərazisinin böyük hissəsinin terrorçulardan təmizlənməsinin Rusiyanın deyil, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın uğuru olduğunu irəli sürüb.
 
 Fransa xarici işlər naziri Jean-Yves Le Drian da Moskvanın koalisiyanın Suriyadakı roluna məhəl qoymayaraq  irəliləyişləri öz uğuru kimi qələmə verdiyini bildirib.



Әlaqәli Xәbәrlәr