İsrail döyüş təyyarəsi və tanklarla Qəzza zolağına hücum etdi

İsrailin mühasirədə saxladığı Qəzza zolağına döyüş təyyarəsi və tanklarla hücum etdiyi bildirilib.

863746
İsrail döyüş təyyarəsi və tanklarla Qəzza zolağına hücum etdi

İsrailin mühasirədə saxladığı Qəzza zolağına döyüş təyyarəsi və tanklarla hücum etdiyi bildirilib.

İsrail ordusunun yaydığı açıqlamaya görə, orduya məxsus döyüş təyyarəsi ilə tanklar Qəzza zolağında terror təşkilatlarına məxsus iki hədəfi vurub.

Hücumun ötən gün ərzində Qəzzadan İsrailin cənubuna edilən üç raket hücumuna cavab olduğu irəli sürülüb. Həmin raketlərdən ikisinin Qəzza tərəfinə, ikisinin isə İsrailin cənubundakı boş əraziyə düşdüyü və hər hansı yaralanma yaxud ölüm hallarına səbəb olmadığı bildirilib.

Ordunun açıqlamasında “Qəzzadan İsrailə istiqamətli bütün raket hücumları üçün Həması məsul tutduqları” qeyd edilib.  

İsrailin səbəb kimi irəli sürdüyü raket hücumunu isə Qəzza zolağındakı Fələstinli qruplardan üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr